​“Real” və “Barselona” istədi - Arda isə İspaniyanın başqa nəhəngini seçdi

"Fənərbaxça"nın gənc istedadı Arda Gülərin yeni ünvanının "Sevilya" olduğu iddia edilib.

Metbuat.az xəbər verir ki, “Mundo Deportivo” gənc ulduzun “Sevilya” klubunu seçdiyini və rəsmi imzaların atılmasının an məsələsi olduğunu yazıb. Qəzet yazır ki, “Bavariya”, “Real Madrid”,"Barselona”, “Ayaks” və digər klublar transfer etmək istəsə də, Arda əsas heyətə düşə biləcək kluba transfer olmağa üstünlük verib. İddia edilir ki, Arda İspaniya çempionatında oynamaq istədiyi üçün “Sevilya”nı seçib. O daha sonra “Real Madrid” və “Barselona” kimi İspaniya nəhənglərindən birinə transfer ola bilər.

İspaniya mediası yazır ki, “Sevilya” Arda Gülərin 17,5 milyon avroluq sərbəstqalma məbləğini ödəməklə yanaşı futbolçuya ödəniləcək qonorarla bağlı maliyyə çətinliyi yaşaya bilər. “Sevilya” buna görə də, Bono, Ocampos və Acuna kimi futbolçuları sata bilər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı