Sel aparan Elgün nişanlı imiş, toyu olacaqdı - TƏFƏRRÜAT / VİDEO

Daşkəsəndə sel sularında batan Elgün Orucovun doğmaları danışıblar.

Mərhumun atası Məhərrəm Orucov oğlunun nişanlı olduğunu və toyu olacağını bildirib:

“Payızda toyu olacaqdı. Ən əziz övladımı itirmişəm. Sel suları bir qoyunumuzu aparırdı, onu əlini atıb tutmaq istəyərkən özü selə düşüb”.

Mərhumun əmisi oğlu Nazim Orucov qeyd edib ki, sel Elgünü 3-4 kilometr aralıdakı körpüyədək aparıb.

Daha ətraflı Baku TV-nin süjetində:


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı