Roma katolik kilsəsinin lideri Papa Fransisk İsveçdə Quranın yandırılmasını pisləyib.
Metbuat.az xəbər verir ki, o Birləşmiş Ərəb Əmirlikləri mətbuatına açıqlamasında deyib ki, Quranın yandırılması qəbuledilməzdir. Onun sözlərinə görə, Quranın yandırılmasına icazə verilməməli və bu, pislənməlidir. Fransisk bu cür davranışlara sərt şəkildə etiraz edilməsinin vacibliyini vurğulayıb. Qeyd edək ki, Stokholmda İraq əsilli Salvan Momika adlı şəxs məscidin qarşısında polisin mühafizəsi altında Quranı yandırıb.