“Azərbaycan Qoşulmama Hərəkatının sədri vəzifəsinin öhdəsindən uğurla gəldi” - Hakan Fidan

“Azərbaycan Qoşulmama Hərəkatının sədri vəzifəsinin öhdəsindən uğurla gəldi”.

Metbuat.az xəbər verir ki, bu fikri Türkiyənin xarici işlər naziri Hakan Fidan Bakıda keçirilən Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun Nazirlər Toplantısında çıxışı zamanı deyib.

"Azərbaycan Qoşulmama Hərəkatına sədrliyi çox çətin bir zamanda, müharibələr və münaqişələr dövründə qəbul edib. Bu, çox çətin bir iş idi”, - o deyib.

H.Fidan Qoşulmama Hərəkatının fəaliyyətinin irqçilik, neomüstəmləkəçilik və bir çox başqa problemlərə qarşı mübarizəyə töhfə verdiyini vurğulayıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı