Füzulidə ANAMA əməkdaşları yol qəzasına düşdü

Füzuli rayonunda Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşları yol qəzasına düşüb.

Metbuat.az xəbər verir ki, bu barədə ANAMA-nın Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, 2023-cü il 05 iyul tarixində Füzuli rayonunun Kurdmahmudlu kəndi ərazisində yol nəqliyyat hadisəsi baş verib.
Hadisə nəticəsində Agentliyin əməkdaşları Məhərrəmov Orxan, Hacıyev Ceyhun, Aslanov Afiq və Əhmədov Elnur xəsarət alıb. Xəsarət alan şəxslər Füzuli rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Hadisə iş saatından sonra, əməkdaşın şəxsi avtomobili ilə hərəkətdə olduğu zaman baş verib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR