Belarusda olduğu deyilirdi - Priqojin Putinlə razılaşmanı pozub?

Rusiyanın “Vaqner” muzdlu təşkilatının rəhbəri Yevgeni Priqojin Belarusda deyil.

Metbuat.az xəbər verir ki, bu barədə Belarus Prezidenti Aleksandr Lukaşenko açıqlama verib. Lukaşenko “Vaqner”in lideri Yevgeni Priqojinin harada olması ilə bağlı suala çaşdırıcı cavab verib. “Mən bildiyimə görə o, Sankt-Peterburqdadır. Belarus ərazisində deyil" -deyə Lukaşenko deyib.

Qeyd edək ki, “Vaqner”in üsyanından sonra gərginlik Belarusun vasitəçiliyi ilə həllini tapmışdı. Rusiya hökuməti ilə “Vaqner” arasındakı razılaşmaya əsasən təşkilatın döyüşçüləri və lideri Belarus ərazisinə yerləşməlidir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı