​“MədəniyyətimİZ” layihəsinin növbəti görüşü xalq artisti Tofiq Bakıxanovla keçiriləcək

İyulun 12-də Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin dəstəyi, “İRƏLİ” İctimai Birliyinin təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş tədbirlər proqramı çərçivəsində “MədəniyyətimİZ” layihəsinin növbəti görüşü xalq artisti, tanınmış bəstəkar Tofiq Bakıxanovla həyata keçiriləcək.

Qara Qarayevin Ev Muzeyində baş tutacaq görüşdə dahi musiqiçi Heydər Əliyevlə bağlı ən maraqlı xatirələrini bölüşəcək. Tədbir müddətində həmçinin “Bəstəkarlıq sənətinin inkişafı Ümummilli Lider Heydər Əliyevin mədəniyyət siyasəti kodeksində”, “Azərbaycan bəstəkarlarının yaradıcılığında Heydər Əliyev fenomeni” və “Azərbaycan bəstəkarlıq sənətinin qorunması, ötürülməsi, tədqiqi və təbliğində gənc nəslin rolu” mövzularında panel müzakirələrin keçirilməsi nəzərdə tutulur. Tədbirin bədii hissəsində gənc, istedadlı musiqiçilərin təqdimatında Azərbaycan bəstəkarlarının məşhur əsərləri səsləndiriləcək.

Qeyd edək ki, həyata keçirilən “MədəniyyətimİZ” layihəsinin əsas məqsədi “Heydər Əliyev İli” çərçivəsində Ümummilli Lider Heydər Əliyevin həyat fəaliyyətinin öyrənilməsi, qeyd olunmuş istiqamətlər üzrə mövcud problemlərin həlli və yaradıcı ideya bankının formalaşdırılmasıdır. Görüşdə iştirak etmək istəyən gənclər aşağıdakı link vasitəsilə qeydiyyatdan keçə bilərlər: https://rb.gy/5nath


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı