Ebru Gündeşə Azərbaycandakı bu əməlinə görə cinayət işi açıla bilər

Türkiyəli müğənni Ebru Gündeş barəsində cinayət işi açıla bilər.

Metbuat.az xəbər verir ki, bunu Qaynarinfo-ya açıqlamasında vəkil Əkrəm Həsənov müğənni Ebru Gündeşin Azərbaycanda dəvət aldığı toydan 250 min dollar qazanc götürməsinin hüququ tərəflərini izah edərkən deyib.

Vəkil bildirib ki, buna səbəb onun vergi ödənişindən yayınmasıdır:

“Vergi borcunu ödəməməsinə görə vergi orqanları ona faiz və cərimələr hesablaya bilər. Vergi borcundan əlavə faiz və cərimələri də ödəməli olacaq. Məhkəmə zamanı aşkar olunacaq ki, Ebru Gündeşin vergini ödəməməsində imkansızlıq deyil, məhz qərəz var. Müğənni bundan sonra deyə bilməz ki, pulum yoxdur”.

Vəkil bütün şəxslərin vergilərini ödəməli olduğunu vurğulayıb.

Qeyd edək ki, şəmkirli biznesmen oğlunun kiçik toy məclisinə türkiyəli müğənni Ebru Gündeşi gətirib. İddiaya görə, iş adamı müğənniyə 250 min manat qonarar ödəyib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı