BMT taxıl sazişinin faydalarını açıqladı

“BMT-nin baş katibi Antoniu Quterreşin sözlərinə görə, taxıl müqaviləsi 2022-ci ilin mart ayı ilə müqayisədə ərzaq qiymətlərinin 23% ucuzlaşmasına səbəb olub”.

Metbuat.az xarici mətbuata istinadən xəbər verir ki, bunu BMT baş katibinin nümayəndəsi Fərxan Haq bildirib.

“Baş katib və onun komandası artıq əldə edilmiş irəliləyişə əsaslanmağa tam sadiqdir və bu istiqamətdə geniş oyunçularla daimi əlaqə saxlayır”-deyə, o bildirib.

Bundan əvvəl Ukrayna prezidenti Volodimir Zelenski türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla görüşdə taxıl sövdələşməsi, əsirlərin mübadiləsi və Ukraynanın NATO üzvlüyündə dəstəyini müzakirə etməyi planlaşdırdığını bildirib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı