Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində Xızı rayonunun Tıxlı kəndi yaxınlığında mürəkkəb relyefli ərazidə baş vermiş yanğın saat 18:15-də məhdudlaşdırılıb.

FHN-in Mətbuat xidmətindən Metbuat.az-a verilən məlumata görə, hazırda yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

Əlavə məlumat veriləcək.

16:59

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar xəttinə Xızı rayonunun Tıxlı kəndi yaxınlığında mürəkkəb dağlıq-meşəlik relyefə malik ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.

FHN-dən Metbuat.az-a verilən xəbərə görə, məlumatla əlaqədar, Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri dərhal əraziyə cəlb olunub. Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.

Küləkli hava şəraiti ərazidə yanğınsöndürmə əməliyyatlarını çətinləşdirir.

Əlavə məlumat veriləcək.