Xaçmazda bir-birini öldürən əkiz qardaşlar yanaşı dəfn olundu - VİDEO

Xəbər verdiyimiz kimi, Xaçmazda əkiz qardaşların mülk üstündə davası qətllə bitib.

Metbuat.az xəbər verir ki, mülk üstündə bir-birini öldürən qardaşlar yanaşı dəfn olunub. Bu barədə görüntüləri "Baku Tv" təqdim edib.

Xatırladaq ki, iyulun 7-də saat 15:00 radələrində rayonun Yalama qəsəbəsi, Meşəli kəndində evlərin birində 1992-ci il təvəllüdlü Kamran və Orxan İsgəndərov əkiz qardaşlarının kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub. Məlumata görə, Bakı şəhər sakini 1992-ci il təvəllüdlü Orxan Mirzə oğlu İsgəndərov rayonun Yalama qəsəbəsi, Meşəli kəndində babasına məxsus mülkün ona aid olduğunu bildirib. Daha sonra onun əkiz qardaşı Kamranla arasında əlbəyaxa dava düşüb. Bu zaman qardaşlardan biri bıçaqla digərinin başını kəsib, sonra özünə xəsarət yetirib. Nəticədə hər iki şəxs həyatını itirib.

Faktla bağlı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adamöldürmə) maddəsi ilə cinayət işi başlanaraq istintaq edilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı