F-16 məsələsinin İsveçin üzvlüyü ilə əlaqəsi yoxdur - Stoltenberq

NATO-nun baş katibi Yens Stoltenberq Türkiyə ilə ABŞ arasında F-16-larla bağlı dialoqu alqışladığını bildirib.

Metbuat.az xəbər verir ki, o bildirib ki, bu danışıqlar Türkiyənin İsveçlə bağlı mövqeyi ilə əlaqədar deyil. İsveçin NATO-ya üzvlük müraciəti, Prezident Rəcəb Tayyib Ərdoğan və İsveçin baş naziri Ulf Kristersson ilə üçtərəfli görüşlə bağlı sualı cavablandıran Stoltenberqin sözlərinə görə, Vilnusdakı zirvə hələ başlamamış tarixi olub. Stoltenberq qeyd edib ki, İsveç NATO-nun tamhüquqlu üzv olacaq və bu, həm İsveç, həm Türkiyə, həm də bütün NATO və Baltikyanı regionu üçün yaxşıdır.

Qeyd edək ki, Yens Stoltenberq İsveçin NATO-ya üzvlüyü məsələsində Rəcəb Tayyib Ərdoğanla razılığa gəlindiyini açıqlayıb:

“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və İsveçin baş naziri Ulf Kristersson ilə ev sahibliyi etdiyim görüşdən sonra Prezident Ərdoğanın İsveçin üzvlük protokolunun tezliklə Böyük Millət Məclisinə təqdim olunması və ratifikasiyasını təmin etmək barədə razılıq verdiyini bildirməkdən şadam. Bu bütün NATO müttəfiqlərini daha güclü və təhlükəsiz edən tarixi addımdır”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı