​“Taliban” İsveçin Əfqanıstandakı bütün fəaliyyətlərini dayandırdı

“Taliban” hökuməti Qurani-Kərimin yandırılmasına icazə verdiyi üçün İsveçin Əfqanıstandakı bütün fəaliyyətlərinin dayandırıldığını açıqlayıb.

Metbuat.az xəbər verir ki, bu barədə “Taliban”ın müvəqqəti hökumətinin sözçüsü Zəbihullah Mücahid sosial media hesabında yazıb. O bildirib ki, Qurani-Kərimin yandırılmasına icazə verdiyi üçün müsəlmanlardan üzr istəyənə qədər İsveçin Əfqanıstandakı bütün fəaliyyətləri dayandırılıb. Quranın yandırılmasını təkəbbürlü hadisə kimi qiymətləndirən Mücahid bildirib ki, bütün İslam ölkələri İsveçlə münasibətlərinə yenidən baxmalıdırlar.

Qeyd edək ki, İsveçin paytaxtı Stokholmda İraq əsilli Salvan Momika Stokholm məscidi qarşısında polisin himayəsi altında Quranı yandırıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı