Arda “Real Madrid”də ilk məşqinə çıxıdı

"Fənərbaxça"dan “Real Madrid”ə transfer olan Arda Gülər İspaniya nəhəngində ilk məşqinə çıxıb.

Metbuat.az xəbər verir ki, Arda ilk məşqində komanda yoldaşları və baş məşqçi Karlo Ançelotti ilə görüşüb. Məlumata görə, mövsümün sonunda millinin düşərgəsinə yollanan Arda Gülərin daha bir həftəlik məzuniyyəti olsa da, o məzuniyyətini yarıda dayandıraraq, klubun məşqinə qoşulub.

Arda təlim-məşq toplanışının ilk günündə Toni Kross, Fran Qarsiya, Brahim Diaz, Andri Lunin, Federsio Valverde və digər futbolçularla birgə məşq edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR