Parisdə dünya çempionu olmağı bacaran Lamiyə Vəliyeva KİMDİR? - FOTOLAR

Xəbər verdiyimiz kimi, Parisdə dünya çempionu olmağı bacaran Lamiyə Vəliyeva bu titula yiyələnən ilk azərbaycanlı atlet kimi tarixə düşüb.

Metbuat.az xəbər verir ki, Lamiyə Vəliyeva 2002-ci il aprelin 5-də anadan olub. 2013-cü ildən idmanla məşğul olur.

Vəliyeva 2015-ci ildə Konya şəhərində beynəlxalq turnirdə 100 metr məsafəyə qaçışda turnirin qalibi olub. O, 2016-cı ildə Belarusda beynəlxalq turnirdə 60 metr məsafəyə qaçışda beşinci pillənin sahibi olur, 2017-ci ildə isə Macarıstanda XIV Avropa Yeniyetmələrinin Yay Olimpiya Festivalında mübarizə aparıb.

2018-ci ilin yanvar ayında 400 metr məsafəyə qaçışda şəhər çempionatının qalibi, fevral ayında isə Belarusda beynəlxalq turnirdə bürünc medal qazanıb. 2018-ci ildə U-18 Avropa Çempionatında mübarizə aparan Lamiyə Vəliyeva, 2019-cu ildə növbəti dəfə şəhər çempionatının qalibi olub.

Atlet 2021-ci ilin yanvarında 100 və 200 metr məsafələrə qaçışda Azərbaycan Çempionatının qızıl medallarına sahib olub, 2021-ci ilin avqustunda isə XVI Yay Paralimpiya Oyunlarında mübarizə aparıb. 8 idmançının mübarizə apardığı final mərhələsində Lamiyə Vəliyeva 55.00 saniyə nəticə göstərib və XVI Yay Paralimpiya Oyunlarının qızıl medalına sahib olub.

Azərbaycan Prezidenti İlham Əliyevin 6 sentyabr 2021-ci il tarixli Sərəncamına əsasən XVI Yay Paralimpiya Oyunlarında qazandığı nailiyyətlərə və Azərbaycan idmanında xidmətlərinə görə Lamiyə Rövşən qızı Vəliyeva 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.

Lamiya Valiyeva (cropped).jpg


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı