​Ukrayna NATO-ya üzv olana qədər təhlükəsizlik zəmanəti almaq istəyir

Ukrayna NATO-ya üzv olana qədər təhlükəsizlik zəmanəti almaq istəyir.

Metbuat.az xəbər verir ki, Ukrayna Prezidenti Vladimir Zelenski belə açıqlama verib. O bildirib ki, Vilnusdakı toplantının bəzi prioritetləri var. Zelenskinin sözlərinə görə, mövzulardan biri Rusiya ilə müharibə vəziyyətində olan ölkəsinə ediləcək silah yardımı paketi, digəri isə Ukraynanın NATO üzvlüyüdür.

NATO ölkələri ilə razılaşmaq istədiklərinə diqqət çəkən Zelenski deyib: "Aanladığım odur ki, təhlükəsizlik tədbirləri imkan verdikdə NATO-ya üzv olmaq üçün dəvət alacağıq. Mən tərəfdaşlarımla bunları danışmaq istəyirəm”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı