Tovuz döyüşlərinə aid bu görüntülər ilk dəfə yayımlandı - VİDEO

Dövlət Sərhəd Xidməti (DSX) Tovuz döyüşlərində düşmənin mövqelərinin məhv edilməsinin yeni görüntülərini yayıb.

Metbuat.az xəbər verir ki, görüntülərdən məlum olur ki, gecə döyüşü zamanı ermənilərin hərbi hissəsinin qərargahına “Harop” pilotsuz uçuş aparatından dəqiq zərbələr endirilib.

Eyni zamanda düşmənin silah-sursat anbarı “Harop” vasitəsi ilə dağıdılıb.

Gündüz döyüşləri zamanı isə ermənilərin dayaq məntəqəsi və avtomobili “Harop” vasitəsi məhv edilib.

Tovuz döyüşlərində düşmənin mövqelərinin dağıdılmasının yeni görüntülərini təqdim edirik.

Qeyd edək ki, 2020-ci ilin iyulun 12-dən günorta saatlarından başlayaraq Ermənistan silahlı qüvvələri Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətində atəşkəsi kobud şəkildə pozaraq Azərbaycan Ordusunun mövqelərini atəşə tutub. Düşmən daha sonra mövqelərimizi iriçaplı silahlardan və ağır artilleriyadan atəşə tutmaqda davam edib.

İyulun 12-də Ermənistan silahlı qüvvələrinə aid zirehli texnika və canlı qüvvələrin yerdəyişmələr etdiyi müşahidə olunub. Həmin günü düşmən dövlət sərhədində irimiqyaslı təxribata əl atıb. Amma düşmənin bu təxribatının qarşısı alınıb və dayaq nöqtələri, yüzlərlə hərbi qulluqçusu məhv edilib.

Tovuz döyüşləri iyulun 17-də Azərbaycan Ordusunun qələbəsi ilə yekunlaşıb və heç bir ərazi itkisi olmayıb. Döyüşlərdə Azərbaycan Ordusunun 12 hərbi qulluqçusu - general-mayor Polad Həşimov, polkovnik İlqar Mirzəyev, mayor Namiq Əhmədov, mayor Anar Novruzov, baş leytenant Rəşad Mahmudov, gizir İlqar Zeynallı, gizir Yaşar Babayev, çavuş Vüqar Sadıqov, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu, baş əsgər Elşad Məmmədov, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Elçin Mustafazadə, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Nazim İsmayılov və əsgər Xəyyam Daşdəmirov qəhrəmancasına şəhid olub.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı