Türkiyə və Yunanıstan razılığa gəldi

Litvanın paytaxtı Vilnüsdə keçirilən NATO Sammitində iştirak edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Yunanıstanın Baş naziri Kiriakos Miçotakis arasında görüş olub.

Metbuat.az xəbər verir ki, bu barədə Türkiyənin Prezident Administrasiyasının Kommunikasiya İdarəsi məlumat verib. Bildirilir ki, tərəflər iki ölkə arasındakı münasibətlərin normallaşdırılması istiqamətində addımların atılmasına dair razılığa gəliblər. Liderlər bəyan edib ki, gərginliyin azalması hər iki ölkənin lehinədir. Ərdoğan və Miçotakis iki ölkə arasında danışıqların aparılması barədə razılığa gəliblər. Həmçinin, liderlər qarşılıqlı təmasların intensivləşdirilməsini razılaşdırıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı