Fantastik transferləri ilə diqqətləri cəlb edən Səudiyyə Ərəbistanı ilə bağlı maraqlı iddia ortaya atılıb.
Metbuat.az xəbər verir ki, FİFA və UEFA krallıq klubları barədə inqilabi qərar qəbul etmək üzrədir. İddialara görə, futbol dairələri Çempionlar Liqasında klubların iştirakı ilə bağlı yeni qaydalar tətbiq etmək istəyir.
Məlumata görə, coğrafi mövqeyinə görə Çempionlar Liqasında iştirak edə bilməyən Səudiyyə klubları yeni qaydaların tətbiq olunmasından sonra Avropa kuboklarına vəsiqə qazana biləcək.
Səudiyyə Ərəbistanı klublarının Avropa liqasında iştirakı üçün Avropada mübarizə aparan komandaların kvotası azaldılacaq. Beləliklə Avropa klublarının Çempionlar Liqasında iştirak şansları əvvəlkindən daha çətin olacaq.