Araz çayında ata və 3 yaşlı oğlunun boğulması ilə bağlı araşdırma aparılır

İmişlidə Araz çayında ata və oğlun boğulması ilə bağlı araşdırma aparılır.

Metbuat.az xəbər verir ki, hadisə rayonun Şahverdili kəndində qeydə alınıb.

Belə ki, Əliyev Asif Ələsgər oğlu və oğlu 2020-ci il təvəllüdlü Əliyev Rəvan Asif oğlu Araz çayının həmin kənd ərazisindən keçən hissəsində çimərkən boğularaq ölüblər.

Asif Əliyevin meyiti batdığı ərazidən, oğlunun meyiti isə çayın Məzrəli kəndi ərazisindən keçən hissəsindən tapılıb.

Faktla bağlı rayon prokurorluğu tərəfindən araşdırma aparılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR