Məşhur şahmat platformasında ölkəmizə qarşı təxribat - FOTO

"Chess.com" ilə birliktə dünyanın ən məşhur şahmat platforması olan “Lichess” (lichess.org) Azərbaycana qarşı təxribata əl atıb.

Metbuat.az bildirir ki, platformada qeydiyyatdan keçərkən ölkə seçimləri arasında Azərbaycanın Qarabağ bölgəsində yaradılan qondarma rejimin adı və "bayrağı" çıxır.

Platformanın azərbaycanlı istifadəçiləri bununla bağlı "Lichess"ə yüzlərlə etiraz məktubu göndəriblər. Etiraza qoşulanlar arasında platforma istifadəçisi olan tanınmış şahmatçılarımız da var.

Qeyd edək ki, "Lichess" heç bir beynəlxalq şahmat qurumuna aid deyil, müstəqil platformadır. Platformanın milyonlarla istifadəçisi var.




Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı