"Çox qəbul etmək ziyandır" - Məşhur həkim açıqladı

"Tez-tez su içmək əvəzinə bədəninizin susuzluq siqnallarına qulaq asmalı və yalnız bundan sonra su istehlak etməlisiniz".

Metbuat.az xəbər verir ki, bu fikirləri Türkiyənin məşhur həkimi Canan Karatay deyib. Tez-tez su içmək fikrinin əksinə olaraq, Karatay deyir ki, gün ərzində çox su içmək hər orqanizma üçün vacib deyil.

"Minerallarla zəngin təbii su sağlamlıq üçün çox daha faydalıdır. Plastik butulkalarda su istehlakı sağlamlıq üçün risk yarada bilər. Çünki plastik materiallar suya zərərli maddələr buraxır. Bu səbəbdən şüşə butulkalara və ya birbaşa bulaq suyuna üstünlük verilməlidir. Su yeməkdən əvvəl deyil, ən azı yarım saat sonra içilməlidir. Əks halda qidanın həzm prosesi su ilə kəsilə bilər", - deyə Canan Karatay qeyd edib.

Aidə / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı