​Azərbaycanda mükafatlandırılan özbəkistanlı gənc müğənni istedadı ilə ön plana çıxdı

Özbəkistanın tanınmış və sevilən müğənnisi Şadi Tuçayeva hər zaman fərq yaradanlar və öz fəaliyyəti ilə fərqlənənlər sırasındadır. Səhnə adı Şadişa olan müğənni 1991-ci ilDaşkənddə rejissor, aktyor bir sözlə, sənətşünaslardan ibarət yaradıcı ailədə dünyaya göz açıb. O, 2015-ci ildə Özbəkistan Dövlət İncəsənət və Mədəniyyət İnstitutunu bitirib.

Qeyd edək ki, Şadi Tuçayeva Özbəkistan SSR-nin xalq artisti Nəzirə Əliyevanın nəvəsidir.

Gənc müğənni 2008-2015-ci illərdə öz ölkəsində “Davr” estrada kvartetinin solisti olub və 2015-ci ildə “Şadişa” solo elektron layihəsinin əsasını qoyub. Şadi Tuçayeva Avropa və Böyük Britaniyanın ən yaxşı musiqi şirkətləri ilə müqavilə bağlayan ilk və yeganə asiyalı elektron musiqi ifaçısıdır. O, Mərkəzi Asiyanın yeganə nəğməkar nümayəndəsidir ki, onun mahnıları BBC Radio1 və Ibiza Global Radio kimi qlobal yayımlarda səslənib.

Gənc müğənni bu günə qədər dünyaçaplı bir sıra müsabiqələrin iştirakçısı və laureatı olub. 2021-2022-ci illərdə o, Dubayda yerləşən Soho klubun rezidenti olub.

Şadi Tuçayeva,2 iyul 2023-cü il tarixində Bakıda baş tutan “Global Golden People Awards 2023” mükafatlandırma mərasimində “The Celebrity Singer of the Year” nominasiyasına layiq görülüb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR