Azərbaycanın Ukraynaya ixracı 87% azalıb

Azərbaycan və Ukrayna arasında bu ilin yanvar-iyun aylarında ticarət dövriyyəsi 159,5 milyon dollar dəyərində olub.

Metbuat.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 296,9 milyon dollar və ya 29,6% azdır.

Hesabat dövründə Azərbaycan Ukraynadan 118,7 milyon dollar dəyərində məhsul idxal edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 13,2 milyon dollar azdır. Azərbaycan isə 6 ay ərzində Ukraynaya 40,7 milyon dollarlıq mal ixrac edib ki, bu da 2022-ci ilin eyni dövrünə görə 283,7 milyon dollar və ya 87,4% azdır.

Əlavə edək ki, ötən ilin eyni dövründə ölkəmizlə Ukrayna arasında ticarət dövriyyəsinin dəyəri 456,4 milyon dollar təşkil edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı