Ukrayna Krıma pilotsuz təyyarələrlə hücum edib.
Metbuat.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat verib. Bildirilir ki, hücum zamanı 28 PUA-dan istifadə edilib. PUA-ların hamısı zərərsizləşdirilib. Açıqlamada bildirilir ki, Rusiya hava hücumundan müdafiə sistemləri 17 PUA-nı məhv edib, 11-nin qarşısı isə döyüş vasitələri ilə alınıb. PUA-lar hədəfə çatmadan vurulub. Məlumatda qeyd edilir ki, hücum zamanı insan tələfatı və dağıntı olmayıb.
Qeyd edək ki, bundan əvvəl Ukrayna Krım körpüsünə hücum etmişdi. Hücum fəsadlar və tələfatla nəticələnmişdi.