Səudiyyə Ərəbistanında səfərdə olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan vəliəhd şahzadə Məhəmməd bin Salmanla bir araya gəlib.
Metbuat.az xəbər verir ki, Ərdoğan və vəliəhd şahzadə Məhəmməd bin Salmanın rəhbərlik etdiyi nümayəndə heyətləri arasında keçirilən görüşlərdən sonra razılaşmalar imzalanıb. Tərəflər müxtəlif sahələr üzrə 5 sənəd imzalayıblar. Görüşlərdən sonra vəliəhd şahzadə Məhəmməd bin Salman ona hədiyyə edilən “TOGG” avtomobilinin sükanı arxasına keçərək, Prezident Ərdoğanı qalacağı otelə aparıb.
Vəliəhd şahzadə Məhəmməd bin Salmanın Ərdoğana jesti sosial mediada maraqla qarşılanıb.