Lukaku İstanbul nəhənginə doğru - Transfer elan edilir

Mauro İkardinin transferini rəsmiləşdirməkdə çətinlik çəkən “Qalatasaray” klubu alternativ variantlara yönəlib.

Metbuat.az Türkiyə mediasına istinadən xəbər verir ki, “Qalatasaray” klubunun rəsmiləri Romelu Lukakunun meneceri ilə əlaqə saxlayıb.

İddialara görə, “Qalatasaray” Lukaku ilə razılığa gəlib. İkardi transferi reallaşmasa, Lukaku “Qalatasaray”a gələ bilər. Məlumata görə, “Çelsi” 30 yaşlı hücumçuya yeni klub tapmağı tapşırıb. Lukaku transfer məsələsini həll edərək, yeni klubu ilə hazırlığa başlamaq istəyir.

Bildirilir ki, son mövsümdə icarə əsasında oynadığı “İnter” klubu Lukaku üçün təklif göndərsə də, futbolçu rədd edib. Lukaku üçün Səudiyyə Ərəbistanı klubundan da təklif var.

Hazırda futbolçu Türkiyədə turizm mərkəzlərindən birində məşq edir. “Rixos” otelin meydançasında tək başına məşq edən Lukakunun “Qalatasaray”dan cavab gözlədiyi irəli sürülüb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı