İranda həbs olunan Fəridin anası: "Fars dilində dindirilir"

İranda casusluq ittihamı ilə həbs olunan azərbaycanlı tələbə Fərid Səfərlinin anası Dilarə Əsgərova xarici işlər naziri Ceyhun Bayramova müraciət ünvanlayıb.

Metbuat.az Dilarə Əsgərova bildirilib ki, Fərid İranda fars dilində dindirilir:

"4 aydan çoxdur ki, oğlum Fərid İranda günahsız yerə saxlanılır, hüquqları pozulur, məhkəmədə fars dilində dindirilir. Bu günə kimi Fərid nə Azərbaycan, nə də İran tərəfdən vəkillə təmin olunub. O, cinayətkar olduğuna görə həbs olunsaydı, heç kimə ağız açmazdım, deyərdim zəhmət çəksin cəzasını çəksin. Amma hamı cox gözəl bilir ki, Fərid Azərbaycan vətəndaşı olduğuna görə həbs olunub. Ona görə də sizdən xahiş edirəm, onun müdafiəsinə Azərbaycan dövləti adına səylərinizi əsirgəməyəsiniz. Fəridin vəkillə təmin olunması prosesinin sürətlənməsinə, Azərbaycandan da bir vəkilin bu işə cəlb olunmasına, mənimlə yenidən telefon əlaqəsinin qurulmasına (cəmi iki dəfə danışmışıq), vəkillə təmin olunana qədər konsulluq isçilərindən kiminsə onun məhkəməsində iştirak etməsinə və ən nəhayət, avqustda mənim onunla görüşməyimə şərait yaradasınız".

"Son danışığımızda Fərid mənə sual verdi ki, niyə Azərbaycan tərəfdən məhkəmə ilə heç kim maraqlanmır. Mən inanıram ki, siz mənim çağırışıma biganə qalmayacaqsınız", - deyə Dilarə Əsgərova əlavə edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı