“Sabah” “Olimpiakos”la heç-heçə etdi

Avstriyanın Tirol bölgəsində təlim-məşq toplanışını davam etdirən “Sabah” son yoxlama oyununu keçirib.

Metbuat.az xəbər verir ki, komanda Yunanıstan təmsilçisi “Olimpiakos”la üz-üzə gəlib. Kematen stadionunda baş tutan qarşılaşma 1:1 hesabı ilə başa çatıb. Bakı klubunun heyətində Davit Volkov 42-ci dəqiqədə fərqlənib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR