Avqust ayının uğurlu bürcləri - Gəlirləri artacaq

Avqust ayının uğurlu bürclərinin adları açıqlanıb.

Metbuat.az xəbər verir ki, astroloqlar avqust ayında 4 bürcün - buğa, şir, qız, oğlaq bürclərinin uğur qazanacağını, eyni zamanda maddi cəhətdən sıxlıq çəkməyəcəklərini bildirirlər.

Buğa bürcləri avqust ayında maliyyə məsələlərində çox uğurlu olacaq. Onlar yeni investisiyalar edəcək, qazancılarını artıracaqlar və büdcələrini yaxşı idarə edəcəklər.

Avqustda şir bürclərinin karyerasında mühüm irəliləyişlər olacaq. Eyni zamanda maliyyə artımı və yeni iş imkanları ilə qarşılaşacaqlar.

Qız bürcü də zəhməti və çalışqanlığı sayəsində avqust ayında maddi cəhətdən mükafatlandırılacaq. Detallara fikir verəcək, işini ən yaxşı şəkildə görəcək və təqdir olunacaq.

Oğlaqa gəlincə, avqust ayında bu bürc sahibləri çoxdan gözlənilən gəliri əldə edəcək. Vərəsəlik, bonus və ya borc kimi bir vəziyyətlərdə onlar pul əldə edəcəklər. Oğlaq bürcü avqust ayında maddi cəhətdən rahatlaşacaq və arzularına bir addım daha yaxınlaşacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı