İstanbuldakı koordinasiya mərkəzi işini başa çatdırdı

Rusiya Xarici İşlər Nazirliyi taxıl sazişinin icrası və monitorinqi üçün İstanbulda fəaliyyət göstərən Birgə Koordinasiya Mərkəzinin işini başa çatdırdığını açıqlayıb.

Metbuat.az xəbər verir ki, bu barədə nazirliyin sözçüsü Mariya Zaxarova açıqlama verib. O bildirib ki, 2022-ci ildə İstanbulda imzalanmış taxıl sazişi çərçivəsində Ukrayna və Rusiya tərəfindən dünya bazarlarına taxıl məhsullarının ixracı üçün hazırlanmış planı həyata keçirən Birgə Koordinasiya Mərkəzi Rusiyanın sazişdən imtina etməsi səbəbindən fəaliyyətini dayandırıb.

Qeyd edək ki, Türkiyənin Milli Müdafiə Nazirliyi Rusiya hərbçilərinin Birgə Koordinasiya Mərkəzini tərk etdiyini açıqlamışdı.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı