Mərhum aparıcının müalicə xərclərini Mübariz Mənsimov ödəyibmiş

Xəbər verdiyimiz kimi, tanınmış aparıcı Natəvan Babayeva dünən onkoloji xəstəlikdən vəfat edib. Mərhum doğulduğu Salyan rayonunda dəfn edilib .

Metbuat.az xəbər verir ki, aparıcının vəfatı ilə bağlı paylaşım edən yaxınları onun xəstəlik müddəti ilə bağlı paylaşımlar ediblər.

Hazırda Amerikada yaşayan ANS-in keçmiş aparıcısı Qənirə Atəşova bildirib ki, xərçəng xəstəliyi ilə mübarizə aparan aparıcınını maddi durumu onun müalicəsi üçün yetərli olmayıb. Türkiyəyə müalicə üçün getdikdən sonra isə iş adamı Mübariz Mənsimov bu məsələdən xəbərdar olub və ona yardım edib:

"AZTV-dən aldığı 1000 manatı səhhətinə xərcləyirdi. Amma hər birimiz bilirik, bu məbləğ xərcəng xəstəliyi üçün müalicədə yetərsiz idi. Onu Bakıda Toma adlı bir həkim əməliyyat etmişdi. Əməliyyatdan təxminən iki il sonra bədənində səpkilər yarandı. 7 ay həmin həkim səpkilərə allergiya deyib müalicə üçün allergoloqa yönəltdi . Onun getdiyi allergoloq 3 dəfə Natavana səndəki problem onkolojidir dedi. Onkoloq xanım isə Natavana əksini dedi. B

eləcə Natavan Türkiyəyə dünyaca tanınmış onkoloq Gül Başaranın yanına getdi. Professor ona bu səpkilər metastazdır dedi. Acı Badəm xəstəxanasında müalicə almaq üçün ölkədə müraciət etmədiyimiz instansiya qalmadı. Amma səsinə səs verən olmadı. Bu barədə Mübariz Məsimova xəbər tutdu. Həmişə olduğu kimi, Mübariz Məsimov bu dəfə də sadə azərbaycanlının köməyinə gəldi. Natavan xanımım müalicə xərclərini ödədi. İgidin haqqını itirmək olmaz. Mübariz Məsimova Natavanın ailəsi və dostları adından minnətdarlığımı bildirirəm".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı