Ulduz futbolçu "Mançester Siti"ni tərk etdi

Səudiyyə Ərəbistanının "Əl Əhli" klubu "Mançester Siti"dən Riyad Mahrezi transfer edib.

Metbuat.az xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının dövlət televiziyası “Əl Ekhbariya” məlumat verib. İddialara görə, Mahrez yeni klubunda illik 30 milyon avro məvacib qazanacaq. “Əl-Əhli” klubu hələlik transferlə bağlı rəsmi açıqlama verməyib. “Əl-Əhli” indiyədək Eduard Mendi və Roberto Firmino ilə heyətini gücləndirib.

"Mançester Siti"dən isə İlkay Gündoğan, Yangel Herrera və Nahuel Bustosla kimi futbolçular başqa kluba transfer olub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR