Sabunçuda qanunsuz tikintinin qarşısı alındı - VİDEO

Fövqəladə Hallar Nazirliyi tərəfindən respublika ərazisində qanunsuz tikintilərlə bağlı müvafiq tədbirlərin həyata keçirilməsi davam etdirilir.

Metbuat.az xəbər verir kiFHN-dən verilən məlumata görə, Sabunçu rayonu, Bakıxanov qəsəbəsinin Neftçilər küçəsində vətəndaşa məxsus fərdi yaşayış evinin yenidən qurulması zamanı təsdiq olunmuş layihədən kənara çıxılmaqla mansarda mərtəbəsinin tikintisinin həyata keçirildiyi müəyyən edilib.

FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən həyata keçirilən müvafiq tədbirlər nəticəsində layihədən kənara çıxılmaqla inşa olunan mansarda mərtəbəsinin tikintisi dayandırılıb və mərtəbə sökülüb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı