1 milyardlıq müqavilə - Mbappe üçün kisənin ağzı açıldı

PSJ Kilian Mbappeyə komandada qalması üçün fantastik təklif irəli sürüb.

Metbuat.az “Defense Central”a istinadən xəbər verir ki, PSJ fransız ulduzu komandada saxlamaq üçün 10 illik müqavilə təklif edib. Klub 10 il üçün Mbappeyə 1 milyard avro təklif edib. Bir müddətdir adı "Real Madrid"lə hallanan ulduz futbolçu bu təklifi qəbul etsə, futbol tarixinin ən bahalı idmançısı olacaq.

Qeyd edək ki, futbolçu bundan əvvəl klubla yeni müqavilə imzalamayacağını və mövsümün sonunda komandadan ayrılacağını açıqlayıb. PSJ isə müqaviləsi gələn başa çatacaq Mbappeyə, müqaviləsini uzatmayacağı təqdirdə onu bu yay ən yüksək təklifi verən kluba satılacağını bildirib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR