İyulun 22-də saat 17 radələrində Abşeron rayonu Mexkalon qəsəbəsi ərazisində 2005-ci il təvəllüdlü Abbasov Sərdar Sərxan oğlunun kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Abşeron rayon prokurorluğundan Metbuat.az-a verilən məlumata görə, araşdırma zamanı 2005-ci il təvəllüdlü Mirzəyev Fərid Nafiz oğlunun aralarında yaranmış mübahisə zamanı bıçaqla Sərdar Abbasova xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Abşeron rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Fərid Mirzəyev iş üzrə şübhəli şəxs qismində saxlanılıb.
İbtidai istintaq davam etdirilir.