"Real Madrid"ə Arda Gülər "sürprizi" - FOTO

"Milan"la yoldaşlıq oyunu öncəsi "Real Madrid"in heyətində itki baş verib.

Metbuat.az offsideplus.az-a istinadən xəbər verir ki, yeni transfer Arda Gülər sağ dizindən xəsarət alıb. 18 yaşlı yarımmüdafiəçi ötən gün baş tutan məşqi dizi sarğılı şəkildə tərk edib.

"AS" nəşrinin məlumatına görə, Ardanın zədəsi ciddi deyil və "Milan"a qarşı keçiriləcək yoxlama görüşünü buraxması ehtimalı var. Futbolçu ABŞ-də oynanılacaq digər yoldaşlıq matçlarında iştirak edəcək.

Qeyd edək ki, "Real Madrid" - "Milan" matçı 24 iyul Bakı vaxtı ilə saat 06:00-da baş tutacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR