Metroda telefon oğruları saxlanıldı

Metropolitendə Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində iyulun 23-də metronun “Koroğlu” stansiyası ərazisində yerləşən mağazaların birində satıcının mobil telefonunu oğurlamaqda şübhəli bilinən paytaxt sakini, əvvəllər oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş Xəqani İsmayılov saxlanılıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Metbuat.az-a verilən məlumata görə, araşdırmalarla onun Cinayət Məcəlləsinin 177-ci (Oğurluq) maddəsi ilə axtarışda olması da müəyyən olunub.

İyulun 23-də Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisində Şəmkir rayon sakini Ə.Abbasovun mobil telefonunu oğurlamaqda şübhəli bilinən Astara rayon sakini Sirac Məmmədov Qaradağ Rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılaraq 10-cu Polis Bölməsinə təhvil verilib.
Nizami RPİ 23-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində iyulun 12-də Keşlə qəsəbəsi ərazisində “KİA” markalı bir avtomobildən pul, 2 ədəd mobil telefon və sənəd, iyulun 21-də M.Ağayev küçəsində “Ravon” markalı avtomobildən pul və mobil telefon, iyulun 22-də paytaxt sakini A.Quliyevin mobil telefonunu oğurlamaqda şübhəli bilinənlər - Bakı şəhər sakinləri Yalçın Şirəliyev, Famin Hacıyev və Bərdə rayon sakini Hümmət Əliyev saxlanılıblar.

Gəncə ŞBPİ 2-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində iyulun 21-də F.Məmmədovun mobil telefonunu oğurlamaqda şübhəli bilinən şəhər sakini Zaur Məmmədov saxlanılıb.

Araşdırmalar aparılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı