Moskvada üçtərəfli görüş: Bayramov, Lavrov və Mirozyan yenidən bir masada

Bu gün Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskvada Azərbaycan və Ermənistanın XİN başçıları ilə üçtərəfli danışıqlar aparacaq.

Metbuat.az xəbər verir ki, nazirlər sülh danışıqları ilə bağlı yenidən müzakirələr aparacaqlar.

Ötən gün Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Rusiyaya işgüzar səfərə yola düşüb.

Xatırladaq ki, Rusiyada sonuncu dəfə XİN başçıları səviyyəsində görüş mayın 19-da baş tutub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı