Mübariz Mənsimovdan Türkiyədə zəlzələ bölgəsinə böyük yardım - FOTO

Azərbaycanlı iş adamı Mübariz Mənsimova aid “Palmali” Şirkətlər Qrupu zəlzələdən zərər görmüş Malatya şəhərində konteynerlər quraşdıracaq.

Metbuat.az bildirir ki, bununla bağlı şirkətin mətbuat katibi Fidan Quliyeva məlumat paylaşıb. Onun sözlərinə görə, "Yeşil yurt" adlanan ərazisində 100-ə yaxın konteyner quraşdırılacaq və şirkətin əməkdaşları artıq ərazidədir:

“Mərkəzi Kahramanmaraş daxil olmaqla 7,7 bal gücündə baş vermiş zəlzələ nəticəsində böyük itki və dağıntılara məruz qalmış bölgədə - Malatyadayıq. Hataydan sonra növbəti dayanacağımız məhz buradır. Gəlməyimizdə məqsəd "konteyner kent" qurmaqdır. "Palmali" şirkətinin əməkdaşları bura səfərbər olunublar. Malatyada səhərimizi yüngül yeraltı təkanlarla açdıq. Zəlzələ 3,4 bal gücündə idi. Amma insanlar arasında heç bir təşviş olmadı. Lakin insanların üzündə bir narahatlıq hissi hələ də var. Elə bugün də anladıq ki, burada istər konteynerlərə, istərsə də çadırlara böyük ehtiyac var”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR