Bu gün "Qarabağ" - "Rakov" matçı var

Bu gün "Qarabağ" Çempionlar Liqasında II təsnifat mərhələsi oyununa çıxacaq.

Metbuat.az xəbər verir ki, Ağdam təmsilçisi mərhələnin ilk matçı çərçivəsində Polşa "Rakov"unun qonağı olacaq. "Miejski Stadion Piłkarski"də keçiriləcək görüş Bakı vaxtı ilə saat 22:15-də başlayacaq.

Qeyd edək ki, bu komandalar arasında cavab görüşü avqustun 2-i olacaq və oyuna Bakı vaxtı ilə saat 20:00-da start veriləcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR