Şəkidə əncir yığan qadını elektrik cərəyanı vuraraq öldürdü

Şəkidə ağacdan əncir yığan qadını elektrik cərəyanı vurub.

Metbuat.az xəbər verir ki, hadisə səhər saatlarında Şəki şəhəri, avtovağzal ərazisində Mahmudəliyev küçəsində baş verib. Həmin küçədəki fərdi evlərin birinində yaşayan 1964-cü il təvəllüdlü Gülbənd Güləndam qızı Nəbiyeva həyətdəki ağacdan əncir yığan zaman onu yaxınlıqdan keçən yüksək gərginlikli elektrik cəryanı vurub, qadın ağacda ölüb. Meyiti ağacdan düşürmək üçün əraziyə müvafiq qurumların nümayəndələri cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı