Mbappe bu klubla müqavilə imzaladı - PSJ narazıdır

PSJ-də Kilian Mbappe böhranının necə həll olunacağı maraq doğurur.

Metbuat.az xəbər verir ki, “Əl-Hilal” klubu Mbappeni razı salmağa çalışarkən, futbolçunun “Real Madrid”lə anlaşdığı haqda məlumatlar dərc edilib. Xarici KİV-lərin məlumatına görə, PSJ tərəfi Mbappenin “Real Madrid”lə razılıq əldə etdiyini hesab edir. PSJ tərəfi hesab edir ki, tərəflər arasında ilkin razılaşma imzalandığına görə,Mbappe bu qədər rahat davranır.

Fabrizio Romanonun xəbərinə görə, “Əl-Hilal” Kilian Mbappeyə 200 milyon avro sabit maaş, 700 milyon avroya qədər kommersiya müqavilələri və imic hüquqları ödəməyə hazırdır. Bildirilir ki “Əl-Hilal” klubu Mbappe ilə müzakirə aparmaq üçün Fransaya nümayəndələrini göndərib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR