"Atletiko Madrid"in baş məşqçisi Dieqo Simeone "Mançester Siti" ilə matçdan sonra türkiyəli müdafiəçi Çağlar Söyüncünü tərifləyib.
Metbuat.az xəbər verir ki, o Söyüncünün sürətinə və hava toplarında uğurlu oyununa diqqət çəkib. "Çağlar Söyüncü istedadını hamımıza nümayiş etdirdi. O, çox güclü müdafiəçidir. Sürətli və baş zərbələrini yaxşı bacarır. Bizi çox sevindirir. O, ən yaxşılardan biri idi” - Dieqo Simeone deyib.
Qeyd edək ki, Yaponiyada keçirilən yoldaşlıq görüşündə "Atletiko Madrid" "Mançester Siti"ni 2-1 hesabı ilə məğlub edib.