Azərbaycan Premyer Liqasına hazırlığını davam etdirən “Araz-Naxçıvan” heyətinə yeni futbolçu cəlb edib.
Metbuat.az klubun mətbuat xidmətinə istinadən bildirir ki, mərakeşəsilli belçikalı İsmail Azzaoui ilə müqavilə imzalanıb. Sözləşmənin müddəti bir ildir.
25 yaşlı yarımmüdafiəçi müxtəlif illərdə RSCA-nın U-18 (Belçika), “Tottenhem”in U-18 və U-21 (İngiltərə), “Volfsburq” (Almaniya), “Villem II” (Niderland) və “Herakles” (Niderland) klublarında çıxış edib. O, son olaraq formasını geyindiyi “Herakles”də ötən mövsüm 20 oyun keçirib, üç qol və üç məhsuldar ötürmə edib.