Azərbaycanda real ÜDM 112 mlrd. manata çatacaq

Yenilənmiş makroiqtisadi proqnozlara əsasən, 2023-cü ildə baza ssenari üzrə ÜDM-in real ifadə 1,8 faiz artmaqla 111,6 milyard manata çatacaq. Bu isə əvvəlki proqnoza nəzərən 5,6 milyard manat çoxdur.

Metbuat.az xəbər verir ki, bu barədə Maliyyə Nazirliyindən bildirilib. Məlumata görə, qeyri-neft/qaz ÜDM-in real ifadədə 4,9 faiz artmaqla 77,7 milyard manata (əvvəlki proqnoza nəzərən 4,4 milyard manat çox) çatacağı proqnozlaşdırılır.

Bildirilib ki, cari ilin yanvar-iyun aylarında qeyri-neft/qaz sektorunda müşahidə edilən yüksək real artım tempinin ilin növbəti aylarında da davam edəcəyi gözlənilir. 2023-cü ilin dövlət büdcəsi zərfində qeyd olunan qeyri-neft/qaz sektoru üzrə ÜDM-in real artım tempinə dair proqnoz 4,5 faizdən 4,9 faizə qaldırılıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı