Ukrayna Türkiyəyə üzən gəmiyə hücum etdi

Ukrayna Qara dənizdə Rusiyanın mülki nəqliyyat gəmilərinə PUA ilə hücum edib.

Metbuat.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin sözçüsü İqor Konaşenkov açıqlama verib. O bildirib ki, Kiyev rejimi Qara dənizin cənub-qərbində İstanbula üzən Rusiyanın mülki nəqliyyat gəmilərinə 3 PUA ilə hücum edib.

Pilotsuz dəniz vasitələrinin vaxtında aşkarlandığını qeyd edən Konaşenkov, bu vasitələrin nəqliyyat gəmilərini müşayiət edən Rusiya Hərbi Dəniz Qüvvələrinin döyüş gəmiləri tərəfindən məhv edildiyini bildirib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı