Bu ərazidəki evlər söküləcək, yeni binalar tikiləcək - VİDEO

Bakıda "Kubinka" adlanan ərazidə yaşı 200-dən çox olan binaların söküntüsünə başlanılıb.

Metbuat.az xəbər verir ki, Cəlil Məmmədquluzadə və Zivərbəy Əhmədbəyov küçələrinin kəsişməsində yerləşən ərazidə təhlükəli binaların sakinlərinin köçürülməsi həyata keçirilib.

Sakinlərə sökülən evləri müqabilində 11 mərtəbəli binalarda öz evlərinin sahəsindən 20 m² əlavə sahəsi olan mənzillər və tikinti prosesi başa çatana qədər kirayə pulu təklif edilib. Sakinlərin böyük bir qismi bununla razılaşaraq evlərini tərk ediblər. Lakin evlərini tərk etməkdən imtina edən, əlavə kvadrat metr və ya daha çox pul istəyən sakinlər də var.

"Kubinka"da tikinti sahəsi 5,5 hektardır və ümumən tikiləcək sahə isə 170 min kvadrat metrdir. Ərazidə 15 bloklu 11 bina inşa ediləcək. Hər bir binada mənzillərin hündürlüyü 3,65 metr olacaq. Hər bir bina 3 liftlə təmin ediləcək. Ərazidə həmçinin 2500 ağac da əkiləcək. Park və idman meydançalarının da tikilməsi nəzərdə tutulub.

Ətraflı videomaterialda izləyə bilərsiniz:



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı