​Rusiya Dunayla əlaqəli limanlara hücum etdi - Rumıniya qarşı çıxdı

Rusiyanın Dunay çayı ilə əlaqəli limanlara hücumları müharibə cinayətidir.

Metbuat.az xəbər verir ki, Rumıniya prezidenti Klaus Verner İohannis belə açıqlama verib. “Politico”nun məlumatına görə, İohannis sosial media hesabında Rusiyanın Dunay çayındakı limanlara hücumlarını pisləyərək, bu vəziyyətin qəbuledilməz olduğunu bildirib. İohannis bildirib ki, taxıl anbarlarına edilən hücumlar Ukraynanın dünyada ehtiyacı olanlara ərzaq məhsulları daşımaq imkanlarına təsir edib.

Qeyd edək ki, Ukrayna hakimiyyəti Rusiyanın Dunay çayındakı limanlara hücum etdiyini açıqlayıb. "Rusiya PUA-larla limanlara hücum etdi. Bunlar qlobal ərzaq təhlükəsizliyinin əsasına çevrilən limanlardır. Ruslar anbarlara və taxıl siloslarına hücum etdi. Min ton taxıl zədələnib”, - deyə Ukrayna hakimiyyəti açıqlama verib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı