Qeyri-sabit hava şəraiti bu tarixədək davam edəcək

Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb.

Bu barədə Metbuat.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, respublikanın bir-sıra rayonlarında leysan xarakterli yağış yağır.

Əvvəlcədən xəbər verildiyi kimi Göygöl, Gədəbəy, Gəncə, Salyan, Qobustan, Şamaxı, Şəmkir, Ceyrançöl, Zaqatala, Şəki, Qax, Neftçalada şimşək çaxıb, leysan xarakterli yağış yağıb.

Yağan leysan yağışı nəticəsində Qax rayonu ərazisindən keçən Kürmükçaydan və Samux rayonu ərazisində axan Qabırrıçaydan sel keçir.

Bununla yanaşı Naftalanda 28 m/s, Ağdamda 26 m/s, Goranboyda 22 m/s, Tərtərdə 20 m/s, Altıağacda 16 m/s, Bakıda və Abşeron yarımadasında arabir 23 m/s-dək şimal-qərb küləyi güclənib. Neft daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 2,8 metrə çatıb.

Ölkə ərazisində müşahidə olunan qeyri-sabit, fasilələrlə yağışlı və küləkli hava şəratinin avqustun 5-i gündüzədək davam edəcəyi proqnozlaşdırılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı